...

Azərbaycanın polis idarələrində işgəncə faktları aşkarlanıb

Cəmiyyət Materials 1 May 2007 16:17 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan İşgəncələr Əleyhinə Komitəsi bu gün Bakı qarnizonunun, Yasamal, Xətai, Nəsimi, Nərimanov, Binəqədi rayon polis idarələrinin, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, İnsan Alveri ilə Mübarizə idarələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib.

Komitənin rəhbəri Behbudov çərşənbə axşamı Trend ə bildirib ki, monitorinq keçirilən idarələrin birində 3 işgəncə faktı aşkarlanıb.

Komitə sədri işgəncə faktlarının harada aşkarlanması barədə məlumat verməyib. O bildirib ki, bu barədə daxili işlər nazirinə məlumat verəcək və cavabdehlərin cəzalandırılmasını, məsuliyyətə cəlb olunmasını xahiş edəcək.

Xəbər lenti

Xəbər lenti