...

"Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktorunun döyülməsində adı hallanan polis istintaqa ifadə verib

Cəmiyyət Materials 3 May 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / "Gündəlik Azərbaycan" qəzetinin şöbə redaktoru, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun onu döyməkdə ittiham etdiyi Yasamal Rayon Polis İdarəsinin əməkdaşı Nəbi Rəcəbov istintaqa ifadə verib. İdarənin müstəntiqi Rafiq Əliyev cümə axşamı Trend ə bildirib ki, dünən Rəcəbovdan ifadə alınıb. Müstəntiq RəcəbovunYasamal RPİ-nin azyaşlılarla iş üzrə şöbəsinin zabiti olduğunu təsdiqləyib. Əliyev istintaq sirri olduğundan Rəcəbovun istintaqa verdiyi ifadəsi barədə məlumat verməyib. Müstəntiq hələlik ekspertizanın nəticələrinin bəlli olmadığını qeyd edib. O, nəticələrdən asılı olaraq fakt üzrə qaldırılmış cinayət işinin madddəsinin dəyişdiriləcəyini də istisna etmir.

Cəfərov aprelin 20-də gecə saatlarında işlədiyi qəzetin redaksiyasından çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. O, ağır bədən xəsarətləri ilə Tibbi Klinik Mərkəzə yerləşdirilib.

.

Xəbər lenti

Xəbər lenti