...

Filarmoniyada dünya şöhrətli skripkaçı çıxış edəcək

Cəmiyyət Materials 10 May 2007 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı , !0 may /müx.Trendlife Eldar Huseynzadə/Mayın 18-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripkaçı Şlomo Mints Üzeyir Hacıbəyov adına simfonik orkestr ilə çıxış edəcək. Trendlife-ın verdiyi məlumata görə, konsertə Azərbaycanın xalq aritisti Rauf Abdullayev dirijoruluq edəcək. Gecədə Bethovenin skripka və orkestri üçün konserti, Qara Qarayevin "Don Kixot" əsərindən simfonik qravürlər və Stravinskinin "Atəş quşu" baletindən süitalar ifa ediləcək.

Şlomo Mints hazırda ən məhşur skripkaçılardan hesab edilr. O, dirijorluğa 18 yaşından başlayıb. O vaxtlardan Böyük Britaniyada çıxış edib. İsrail orkestr Filarmoniyasında yapon simfonik orkestrinə dirijorluq edib. 1989-1993-cu illərə qədər İsrail kamera orkestrində musiqi rəhbəri işləyib. Mints həmçinin bir çox beynəlxalq müsabiqələr və festivallar iştirakçısıdır.

Xəbər lenti

Xəbər lenti