...

Mən bir prinsiplə yaşayıram: "Hər startda qələbə" -Manana Caparidze

Cəmiyyət Materials 12 May 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /müx.Trendlife Vüqar Vüqarlı/Manana xanımla çoxdan əlaqə saxlamaq istəyirdim. Lakinq o, hər dəfə nə isə bir bəhanə tapırdı. Bir dəfə hətta gecə ərzində ona 3 dəfə zəng vururdum. Nəhayət ki, onunla əlaqə saxlaya bildim. O, məndən üzr istədi. Beləliklə, bu dəfə Trendlife-ın qonağı Manana Caparidzedir.

-Nəyə görə "Maşın- şouda" iştirak etmirsən? Yəqin ki, Murad Dadaşov bu haqda sənə müraciət edib.

- Bəli, özü də lap çox. Birinci dəfə mənə müraciət edəndə nəyə görə iştirak etmədiyimin səbəbini onlara dedim. Hər dəfə "Maşın" start götürəndə onlar təzədən mənə zəng vururlar, dəvət edirlər. Həmişə də bu sözləri deyirlər: "Bəli, biz bilirik siz iştirak etmək istəmirsiniz, fikirləşdik ki, bəlkə fikrinizi dəyişərmisiniz". Murada çox böyük hörmətim var, amma bu şou mənlik deyil.

- Bəs nəyə görə?

- Mən özümün üstündən keçib gedə bilmərəm. Hər hansısa bir verilişə dəvət alanda özlüyümdə belə bir qərar verirəm: ya razıyam, ya da əksinə. Görürəm ki, əgər veriliş mənə görədir, iştirak edirəm. Hazırda mənim maşınım var, reklam xətrinə isə bunu etmək istəmirəm. Sadəcə, Murada çox hörmət edirəm, mənə elə gəlir ki. etirazımdan inciməz.

- Amma kompromisə getmək olar axı. Bəzi ulduzlar kimi gəlib bir gün iştirak edəsən. Onsuz da iştirak etsən, səni sevənlərin sayı azalmayacaq.

- Bəli, bu variantı da təklif ediblər. Lakin mən maksimalistəm (gülür). Mənim üçün olimpiya prinsipi olan "əsas qələbə deyil, iştirakdır" mövcud deyil. Həm də bu söz artıq idmanda da köhnəlib. Mənim üçün vacib olan prinsipdir. Necə ki, "Asiyanın səsi" və "Slavyan bazarı" adlı musiqi festivallarında "Qran-Pri" mükafatı almışam. Əgər maşında iştirak etsəm, gərək maşını udam. Mən təbiətən istədiyim nəyəsə nail olan adamam.

- Hələ ki, Yurmalada mayın 23-də keçiriləcək ikinci musiqi müsabiqəsində qalib olmaq istəyirsən?

- Bu məlumatı hardan bilirsən (təəccublənir). Sən həmişə məni təəcübləndirirsən (gülür).

- Sən də həmişə məni təəccübləndirirsən. Bəziləri kimi sinənə döyüb, hər tində-bucaqda demirsən ki, müsabiqənin birinci turundan keçmisən.

- Bilirsiz, əsas ikinci turdur. İndi isə həqiqətən də ikinci tura çox ciddi hazırlaşıram, hətta üçüncü tura da hazırlaşıram. Çox inanıram ki, qalib kimi iyulun 24-də keçirilən Qala-konsertdə mən də iştirak edəcəyəm.

- Səhv etmirəmsə, Yurmalaya düşmək üçün gərək Moskvadan keçəsən. Sənin gürcü pasportuna görə hansısa problem yarana bilər.

- Bax, sənin hüquqi məsələləri bilməyin məni təəccübləndirmir (gülür.) Lakin müsabiqənin təşkilatçıları iştirakçıların sənədlərini özləri hazırlayırlar. İkincisi isə, mən orda Azəbaycanı təmsil edirəm. Yeri gəlmişkən, bu onlar üçün gözlənilməz oldu.

- Bir sözlə, "Rusiyada axtarışlar" bizim gürcü qızımıza mane olmadı?

- Xeyr (gülür).

- Başqa heç yerə getmək istəmirsən?

- Bəlkə sən mənə özün deyəsən, hara?

- Nəyə görə. Yaxşısı budur, sən özün deyəsən. Bilirsən, sən özün könüllü deyəndə bu günahını yüngülləşdirir. Yoxsa elə gizlədirsən ki, elə bil partizanı sorğu-suala çəkiblər.

- Nəyi deyim?

- Məsələn, dumanlı Albiona getməyin gözlədilir.

- Dumanlı prespektiv (gülür). Bu, sentyabrda olacaq. Ancaq Madonna, Şer, Kristina Aqulyera üçün mahnı yazanlar məni götürsünlər. Bu adamlarla əməkdaşlıq etmək üçün mənə Britaniya musiqi şirkəti kömək edəcək. Belə ki, onlar mənim mahnılarımı Avropada yayacaq. Bu, artıq başqa səviyyədir.

- Hələ ki, bizimkilərin səviyyəsi şadlıq evi və restoranlar üçündür, deməli?

- Bu, müasir Azərbaycanın reallığıdır. Çünki disk və kaset satışı ilə heç bir müğənn dolana bilmir. Bəli, mən də toylara gedirəm. Bunu ona görə edirəm ki, heç kimdən asılı olmayım. Həm də mənə yaxın olan insanlar məni öz şənliklərinə dəvət edəndə onlara etiraz edə bilmirəm. Mən hətta "İzmir"də də hər gün oxuyuram. Qalan vaxtı isə öz üzərimdə çalışıram. Maddi vəziyyət də olmalıdıır, sözsüz ki, yaradıcılıqdan vacib yox.

- Amma başqa cür də olar. Sadəcə sponsor tapmaq...

- Bəli, əlbəttə, olar. Amma sponsor deyəndə o mənada yox. Dost-tanışdan xahiş etmək olar ki, kömək etsinlər. Lakin mən elə insanlardan deyiləm ki, nəsə xahiş edim. Bir halda ki, mən özüm işləyə bilirəm, nəyə görə kimdənsə asılı olum.

- Nəhayət, sonuncu sual. Sənin bir neçə ay bundan əvvəl Azərbaycan vətəndaşlığını almaq işin nə yerdədir?

-Bu sualı mənə yox, Aqşinə verin.Belə işlərə o baxır (Aqşin Manananın prodüsseridir).

- Oldu. Sənə bir də Yurmalanın ikinci turundan qayıtdıqdan sonra sual verəcəyəm.

- Əlbəttə. Sizə böyük məmuniyyətlə müsahibə verərəm (gülür)...

Xəbər lenti

Xəbər lenti