Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol üzrə yığması Brno şəhərində keçirilən "Spring Cup" beynəlxalq turnirində qalib gəlmək şansını hələ itirməyib.
İlk oyunda ispanlara məğlub olan komandamız (2:3), növbəti oyunda meydan sahiblərini eyni hesabla yenib. Oyun çətin keçsə də, həmyerlilərimiz qarşılaşmanın taleyini öz xeyrlərinə həll edə biliblər.
Nəzərə alınmalıdır ki, məşqçilər korpusu heyətlə bağlı eksperimentləri davam etdirdiyi üçün yığmamız Çexiyaya faktiki olaraq ikinci heyətlə yollanıb.
İki turdan sonra eyni xallara və qələbə şansına Azərbaycan, Çexiya və İspaniya kollektivləri malikdir.