...

Alpinist İsrafil Aşurlu yaxın günlərdə Everestin zirvəsinə qalxacaq

Cəmiyyət Materials 16 May 2007 12:53 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Z.Səfərov/Azərbaycan alpinisti İsrafil Aşurlunun daxil olduğu beynəlxalq ekspedisiya mayın 16-da Everest zirvəsinə qalxmağın son mərhələsinə başlamağı planlaşdırır.

İdmançının özünün bildirdiyinə görə, artıq dördüncü gündür ki, komanda yuxarı qalxmaq üçün 6400 metr hündürlükdədir.

"Ayın 12-si və 13-də çox sayda alpinistlər artıq qalxıb. Birinci qruplar, daha doğrusu kütlələr zirvəyə doğru irəliləyirdi. Səhər hətta adi gözlə zirvə altında qarlı ücbucaqda yuxarı-aşağı hərəkət edən onlarla insanı görmək mümkün idi. Eşitdiyimə görə, bu gün hücuma 150 nəfərdən 200 nəfərədək insan keçib. Biz birinci dalğanın qayıtmasını gözləyirik. Hazırda 8300 metrlik yerdə ümumiyyətlə boş yer yoxdur - hər yer doludur. Ola bilsin ki, bu gün bizim birinci qrupumuz gələcək qalxma üçün 7000 metrdə yerləşmiş düşərgəyə yola düşəcək" - deyə Aşurlu qeyd edib.

Xəbər lenti

Xəbər lenti