...

Azərbaycan yığması FIFA reytinqində yüz üçüncü yerini qoruyub

Cəmiyyət Materials 16 May 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Futbol üzrə Azərbaycan yığması FIFA-nın növbəti reytinqində öz yüz üçüncü yerini qoruyub saxlayıb. Trend xəbər verir ki, ötən bir ay ərzində Şahin Diniyevin tabeliyində olanlar öz əvvəlki mövqelərində qalıb. Bu da müəyyən mənada bu dövr ərzində seçmə və yoldaşlıq görüşlərinin olmaması ilə bağlıdır.

Hesabında 297 xal olan yığma öz yaxın izləyiciləri Latviya və Qabonu 3 xal qabaqlayır. Hətta Estoniya, Malta, Qazaxıstan, Yeni Zenlandiya, Ermənistan və bir çox digər ölkələr reytinqdə Azərbaycan yığmasılndan sonra qərarlaşıb.

Cədvəlin ən yuxarı dərəcəsində isə braziliyalı və argentinalıları geridə qoymaqla dünya çempionu İtaliya yer alıb.

Xəbər lenti

Xəbər lenti