...

Taekvondoçu İlkin Şahbazov dünya çempionatında mübarizəyə başlayır

Cəmiyyət Materials 18 May 2007 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı taekvondoçulardan birinci olaraq İlkin Şahbazov mayın 18-də Pekində keçiriləcək dünya çempionatında mübarizəyə qatılacaq.

Püşkə əsasən idmançımız ilk döyüşdə Kiprdən olan Patikis Rikasla üz-üzə gələcək. Qeyd edək ki, İlkinin mundialda iştirakı sual altında idi. İş ondadır ki, o, bir müddət öncə Türkiyədə dizindən əməliyyat olunub. Lakin Avropa çempionu bərpa prosesini qısa müddət ərzində keçə bilib. İlkin 67 kiloqramadək çəki dərəcəsində mübarizə aparacaq.

Yarışların birinci günündə həmçinin qitə birinciliyinin mükafatçısı Şahrun Yusifova ( 47 kq) və Nigar Hacıyeva ( 57 kq) dayanqa çıxacaqlar. Qeyd edək ki, idmançılarımızın hazırlığı ilə millidə işləyən koreyalı mütəxəssis Yanq Yenq En məşğuldur.

Xəbər lenti

Xəbər lenti