...

Salyanda vəziyyət ağır olaraq qalmaqdadır

Cəmiyyət Materials 19 May 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend müxbir E.Məmmədov/ Kürün Salyandan keçən hissəsində suyun səviyyəsi qalxmaqda davam edir. Ötən gün çay daha 20 sm qalxıb. Kür boyu həyətlərdə qrunt suyunun səviyyəsi də saatbasaat artır. Təbii fəlakətə məruz qalmış sakinlər artıq həyətlərindəki su nasosları vasitəsilə yığılmış üfunətli suyu yenidən Kürə axıtmağa başlayıblar. Meliorasiya və Su Təsərrüfatı Komitəsinin rayondakı qurumları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası fasiləsiz olaraq sahilbərkitmə işləri aparır. Lakin suyun artım tempi bu qaydada davam edərsə, yaxın 4-5 gün ərzində çayın bəzi ərazilərdə bəndi aşma ehtimalı yaranacaq. Hazırda çaydan bir gündə 1380 kubmetr su keçir. Mütəxəssislərin bildirdiyinə görə, bu göstəricinin yaxın günlərdə daha 1000 kubmetr artacağı proqnozlaşdırılır.

Xəbər lenti

Xəbər lenti