...

Qrossmeyster Şəhriyar Məmmədyarov: "Sofiyada çoxlu yaxşı partiyalar oynamışam"

Cəmiyyət Materials 22 May 2007 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Sofiyadakı superturnirdə bəxtim gətirmədi və yarışların ikinci mərhələsi mənim üçün uğursuz alındı". Bu sözləri azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov "M-Tel Masters" turnirindəki çıxışını dəyərləndirərkən söyləyib.

"chesspro.ru" portalının xəbərinə görə, şahmatçımız etiraf edib ki, yaradıcılıq baxımından bolqarıstanlı Veselin Topalovun qalib gəldiyi turnirdəki çıxışından razıdır.

"Mən çoxlu yaxşı partiyalar oynadım. Lakin nəticə daha yaxşı ola bilərdi. Turnirin təşkilatçılarına öz minnətdarlığımı bildirmək istəyirəm. Yarışlar fantastik səviyyədə keçdi" - deyə Məmmədyarov vurğulayıb.

Eyni zamanda qrossmeyster etiraf edib ki, iri turnirlər öncəsi nəzəriyyə hazırlığını daha mükəmməl səviyyəyə çatdırmalıdır.

Xəbər lenti

Xəbər lenti