...

Elton "xəbərsiz itənlərlə" əlaqə yaradıb

Cəmiyyət Materials 29 May 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may /müx.TrendLife Səbinə Haşımova/Estarda müğənnisi Elton Hüseynəliyevi və Azərbaycan şou-biznesində xəbərsiz itən Rəhim Rəhimlini yaradıcılıq yolları birləşdirib. Hamıya məlumdur ki, 4 ildir Azərbaycan pərəstişkarlarının gözündən gizlənən Rəhim Rəhimli Türkiyyədə yaşayır və Allah bilir, "orda nə oyun" çıxarır. Sözləri və mahnısı Rəhim Rəhimliyə aid olan "İsti" mahnısını Elton ifa edəcək. TrendLife-a müğənninin meneceri Ramilin verdiyi məlumata görə, hazırda müğənni klip çəkilişləri ilə əlaqədar Bodrumdadır. Menecerin dediyi sözlərə görə, Elton Rəhimlidən daha bir neçə mahnı alacaq.

Xəbər lenti

Xəbər lenti