...

Qarabağ veteranları Eynulla Fətullayevə etiraz edirlər

Cəmiyyət Materials 31 May 2007 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 may /müx. Trend İ.Əlizadə/Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Yasamal rayon şöbəsi "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin erməni jurnalistləri və Ermənistanın jurnalist təşkilatları tərəfindən müdafiə olunmasına etiraz birdirirlər. Bu barədə rayon təşkilatının sədri Habil Vəliyev cümə axamı məlumat verib.

O qeyd edib ki, cümə axşamı birliyin Yasamal şöbəsinin toplantısı keçirilib və burada Qarabağ veteranları iştirak edib. Veteranlar Eynulla Fətullayevin Xocalı faciəsinin guya azərbaycanlılar tərəfindən törədilməsinə dair yazdıqlarına etiraz bildiriblər. "Biz müharibə veteranı kimi Fətullayevin Xocalı faciəsi ilə bağlı öz qəzetlərində yazdığı həqiqətə uyğun olmayan məlumatlardan narahatıq. Çünki onun yazılarından belə çıxır ki, Xocalı faciəsini mənim kimi müharibə veteranları və mənim silahlahlarım törədib. Müharibədə iştirak edən hər şəxs, o cümlədən hər bir Azərbaycan vətəndaşı bilir ki, Xocalı faciəsini ermənilər törədib".

Vəliyev vurğulayıb ki, Azərbaycan Xocalı soyqırımını dünyada tanıtmağa başladığı bir vaxtda Eynulla Fətullayev kimi şəxslərin ortaya çıxması təsadüfi deyil. Ermənilər onun yazılarından özlərini müdafiə etmək üçün istifadə edirlər. "Ermənilər dünyaya yayır ki, Azərbaycan jurnalisti Xocalı faciəsinin ermənilər tərəfindən törədilmədiyini yazır".

Vəliyeyin sözlərinə görə, Ermənistan mətbuatında Fətullayein bir neçə şəkli verilib. Onları Fətullayev "Böyük Ermənistan" xəritəsinin qarşısında, kilsədə və Azərbaycan döyüşçüləri tərəfindən vurulmuş erməni tanklarının üstünə gül qoyarkən çəkdirib. Və sonuncu epizoda görə ermənilərdən üzr istəyib.

Vəliyev deyib ki, Aşot Melikyan, Tiqran Ovanesyan, Artur Fakunis, Susanna Şahnazaryan və digər erməni jurnalistləri və Ermənistan jurnalist təşkilatları Fətullayevi fəal müdafiə edirlər.

Vəliyev əlavə edib ki, veteranlar Fətullayevin bu hərəkətlərinə və yazdıqlarına etirazlarını davam etdirəcəklər. Lazim gəlsə, etiraz aksiyaları da keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti