...

Azərbaycan Ziyalı Hərəkatı sədrinin baş redaktora qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü işə xitam verilib.

Cəmiyyət Materials 6 İyun 2007 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbəliyeva /Azərbaycan Ziyalı Hərəkatının (AZH) sədri Eldəniz Quliyevin "Yeni Çağ" qəzetinin baş redaktoru Aqil Ələsgərə qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü işə xitam verilib. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) həmsədri Emin Hüseynlinin çərşənbə günü verdiyi məlumata görə, Quliyev iddiasının jurnalistin cinayət məsuliyyətinə cəlb olunması hissəsindən imtina edib. "Yeni Çağ" qəzetinin 11 mart 2007-ci il sayında dərc olunmuş "Qul ömrü" və 8 aprel 2007-ci il sayında işıq üzü görmüş "Üzrxahlıq" məqalələrinə görə Quliyev Səbail Rayon Məhkəməsində iddia qaldırıb, "Yeni Çağ"ın 100 min manat cərimələnməsini və qəzetin növbəti sayında təkzib verilməsini tələb edib. Məhkəmə iddianı qismən təmin edərək "Yeni Çağ" qəzetinin 1000 manat cərimə olunması və qəzetin növbəti sayında təkzib verilməsi barədə qərar çıxarıb.

Xəbər lenti

Xəbər lenti