...

Azərbaycanın şimal-qərbində zona müşavirəsi keçirilib

Cəmiyyət Materials 7 İyun 2007 17:55 (UTC +04:00)

Azərbaycan, Şəki / Trend müxbir E.Quliyev/ Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarının Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, həmkarlar ittifaqı şöbələri rəhbərlərinin iştirakı ilə cümə axşamı toplantı keçirilib. Trend in bölgə müxbirinin sözlərinə görə, Şəki Regional Turizm İnformasiya Mərkəzində keçirilən toplantıda şimal-qərb bölgəsi rayonlarında mədəniyyət və turizm, gənclər və idman müəssisələrinin həmkarlar ittifaqı komitələrində işin təşkili müzakirə olunub.

Toplantıda 2006-2010-cu illər üçün həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Şəki paytaxt Bakıdan 430 kilometr şimal-qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti