...

Azərbaycan fövqalada hallar naziri bəzi mətbuat orqanlarını böhtan yazmaqda ittiham edir

Cəmiyyət Materials 8 İyun 2007 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan fövqalada hallar naziri Kəmalləddin Heydərov cümə günü keçirdiyi mətbuat konfransında bildirib ki, bəzi mətbuat orqanlarında onun barəsində böhtan və şər xarakterli yazılar yazılır.

Nazir bildirib ki, əgər o, həmin qəzetləri məhkəməyə versə, həmin mətbuat orqanları uduzacaqlar. Heydərov hesab edir ki, bütün redaktorlar öz qəzetlərində dərc etdikləri yazılara görə məsuliyyət daşımalıdır.

"Mənim heç bir jurnalist və redaktorla problemim yoxdur. Əgər mənim haqqımda böhtan yazmaq həmin qəzetlərə iqtisadi xeyir verirsə, buyurub yazsınlar. Yox, bu yazılar xarici qüvvələrin sifarişi ilə dərc olunursa, həmin jurnalist və redaktorlar öz vicdanları qarşısında məsuliyyət daşımalıdırlar", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti