...

Azərbaycanlı atletlər mundialdakı çıxışa başlayırlar

Cəmiyyət Materials 11 İyun 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın ağır atletika üzrə gənclərdən ibarət yığması Praqada dünya birinciliyində çıxışına başlayır.

Komandanın heyətinə Rövşən Fətullayev ( 85 kq), Ziyad Durmuşov ( 94 kq) və Rolan Piriyev ( 105 kq) daxil olub. İdmançılar baş məşqçi Vahid Nəzərovun rəhbərliyi altında mundialda iştirak edəcəklər. Əsası isə yığmanın baş məşqçisi perspektiv vəd edən idmançıları yoxlayacaq.

Maraqlıdır ki, son altı ilə ərzində gənclərdən ibarət yığmamız beynəlxalq yarışlarda iştirak etməyib. Bu üzdən də komandamızın Praqaya səfəri güclərini yoxlamaq və dünya səviyyəsində özünü tanıtdırmaq baxımından ilk fürsət olacaq.

Xəbər lenti

Xəbər lenti