Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Ali Məhkəmənin Plenumunun növbəti iclası iyunun sonunda keçiriləcək. Ali Məhkəmədən çərşənbə axşamı Trend ə verilən məlumata görə, Plenumun iclasında 2005-ci ildə və 2006-cı ilin birinci yarısında baxılmış vergidən yaınma cinayəti işləri üzrə Cinayət Məcəlləsinin 213-cü ( vergidən yayınma) maddəsinin tətbiqi təcrübəsinin ümumiləşdirməsinin nəticəsi müzakirə olunacaq. Həmçinin bir neçə konkret işə baxılacaq.