...

Çinlilər Yeni Zelandiya yığmasını darmadağın etdilər

Cəmiyyət Materials 13 İyun 2007 12:08 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Çinin qadınlardan ibarət otüstü hokkey yığması "AtaHolding Hoskey Champions Challenge" beynəlxalq turnirində birinci yerə çıxıb.

Trend in xəbərinə görə, üçüncü turun ilk matçında çinlilər Yeni Zelandiyanı darmadağın ediblər - 8:1. Birinci hissədə asiyalılar rəqibin qapısından iki cavabsız top keçiriblər. Fasilədən sonra da oyunu bu minvalla davam etdirərək yarışda ən irihesablı qələbəyə imza atıblar.

Matçın ən aktiv oyunçusu Zao Çen olub. O, poker edərək bombardirlər yarışında birinci yerə çıxıb.

Xəbər lenti

Xəbər lenti