...

Azərbaycanın gənclər və idman naziri hokkey turnirinin iştirakçıları ilə görüşəcək

Cəmiyyət Materials 13 İyun 2007 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov iyunun 13-də bu günlərdə Bakıda keçirilən "AtaHoldıng Hoskey Champıons Challenge" beynəlxalq otüstü hokkey turnirinin iştirakçısı olan komandaların nümayəndələri ilə görüşəcək.

Qurum rəhbəri komandaların menecerləri və yarışın rəhbərliyi ilə dialoq aparacaq. İyunun 13-ü turnirdə istirahət günüdür.

Yarış reytinq xarakteri daşıyır. Hətta sonuncu yeri tutan komandaya belə 90 hesabat xalı veriləcək.

Turnirdə Çin, Koreya, Yeni Zelandiya, İngiltərə, ABŞ və oynanılmış üç turdan sonra aktivində xalı olmayan ev sahibləri iştirak edir.

Xəbər lenti

Xəbər lenti