Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Çin yığmasının forvardı Jao Çen Bakıda davam edən "AtaHolding Hockey Champions Challenge" beynəlxalq turnirinin bombardirlər yarışında irəli çıxıb.
Trend verdiyi məlumata görə, üçüncü turda Yeni Zelandiya ilə poker edən Çen bombardirlər siyahısında birinciliyi ələ keçirib. Çin idmançısı birinci yerdə gedən Asiyanın digər nümayəndəsi koreyalı Sel Ki Çonu arxada qoyub.
Mütəxəssislər turnirin yüksək məhsuldarlığı ilə keçdiniyi vurğulayırlar. Belə ki, təkcə üçüncü turda qapılardan iyirmi topun keçirildyi qeydə alınıb.
Onların doqquzu məhz Çin - Yeni Zelandiya qarşılaşmasında vurulub.
Xatırladaq ki, yarış reytinq statusludur və Azərbaycan yığmasının Mançesterdəki qitə birinciliyinə hazırlıq məqsədi daşıyır.