...

Mən onu "Tarişok" adlandırmışdım, əslində o, "petuşok" imiş

Cəmiyyət Materials 19 İyun 2007 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /müx. "TrendLife" Samir Bayramlı/ Şou-biznes elə bir şeydir ki, onun barəsində əvvəlcədən nəsə demək mümkün deyil. Vaxt var idi müğənni Aygün Kazımovanın eks prodüsseri Tolik və yaxud "Tarişok" ad gününü müğənni ilə birlikdə qeyd edirdi. İndi isə onlar bir-birləri haqda xoşagəlməz sözlər danışır, sağa-sola müsahibələr verirlər.

- Sizin keçmiş prodüsseriniz öz müsahibəsində belə bir söz deyib ki, biletlər satılmayıb?

- Ümumiyyətlə o kimdir ki, kiməsə nəsə desin? Konsertə gəlincə, hər şey əladır. Konsertimdə "Nurgun motors" şirkəti hər bilet alana maşın udmaq şansı verir. "NLT Telecom"dan telefon alan hər bir kəsə daha iki uduş kuponu təqdim olunacaq. Konsertdə həmçinin "Loccitane" firmasının sponsorluğu ilə başqa bahalı hədiyyələr də oynanılacaq. Konsertdə iyirmi mahnı ifa olunacaq, Gürcüstanın rəqs qrupu iştirak edəcək və yeni klipim təqdim olunacaq. İnan kı, Azərbaycanda hələ indiyə qədər belə bir şou olmayıb. Bu işlərin hamısını "petuşok" yox, mənim daimi komandam yerinə yetirib. Bilirsiz, bu insan mənim prodüsserim olmayıb. Sadəcə, mən onu yanımda gəzdirmişəm. Gördüyünüz kimi, mən onu özümlə bərabər heç bir səfərə də götürmürdüm. Mənim ona yazığım gəldi və ona görə işə götürdüm. Bir ara o özünü Röya ilə, sonra isə mənimlə reklam etdi.

- Maraqlıdır, onun qovmağınızın əsas səbəbi nə oldu?

- Bu insan öz işini bilmir. Ancaq özünü reklamla məşğul olurdu. Mənim sponsorlarımdan pulu mənimsəyib, hara xərclədiyini isə bilmirəm. Məhz belə hərəkətlərinə görə onu qovdum. Qısa deyim ki, o, yalançı, həm də adama "atan"dır.

- Siz onu "Tarişok" adlandırmışdınız...

- Bəli, mən onu "Tarişok" adlandırmışdım, əslində o, "petuşok" imiş.

- Bəlkə onun sizin yanınıza gəlməsi hansısa oyun imiş?

- Yox, mən inanmıram. Belə şey ola bilməz. Bircə onu deyə bilərəm ki, hazırda mən konsertimlə məşğul oluram. Konsertdən sonra mən Tolikdən soruşacam ki, sponsorun pullarını hara xərcləyib. Daha doğrusu, mən yox, lazım olan insanlar soruşacaq.

Xəbər lenti

Xəbər lenti