...

Bəzi dövlət orqanlarının saytlarının monitorinqi aparılıb

Cəmiyyət Materials 27 İyun 2007 18:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/müx. "TrendLife" Fərid Sadıxov/ "İnformasiya Azadlığının İnkişafı" Koalisiyası dövlət orqanlarının internet saytlarının monitorinqini aparır.

Monitorinqin məqsədi informasiyaların saytlarda yerləşdirilməsini, dövlət xidmətlərinin onlayn formada göstərilməsini və internet resursların çevikliyini qiymətləndirməkdir.

Koalisiyanın nümayəndəsi Osman Gündüz "TrendLife"a bildirib ki, indiyədək Təhsil, Milli Təhlükəsizlik, Vergilər, Nəqliyyat nazirliklərinin, Milli Məclisin, Nazirlər Kabinetinin internet saytlarının monitorinqi aparılıb. Monitorinq nəticəsində dövlət qurumlarının rəsmi internet resurslarının mövcud vəziyyəti analiz olunub və xeyli çatışmazlıqlar müəyyənləşdirilib. Onların aradan qaldırılması ilə bağlı müvafiq tövsiyələr hazırlanıb. Gündüz bildirib ki, dövlət orqanlarının veb-səhifələrinin monitorinqi yekunlaşandan sonra onların reytinq cədvəli tərtib olunacaq.

Xəbər lenti

Xəbər lenti