...

"Reflex" biabır oldu

Cəmiyyət Materials 29 İyun 2007 12:27 (UTC +04:00)

www. dailyshow.ru-nun verdiyi məlumata görə "Reflex" qrupunun qızları növbəti qastrol səfərlərindən dərhal sonra hava limanından birbaşa Jenya Malaxovanın evinə yuyunmağa gediblər. Çünki yalnız Jenyanın evində isti suyu kəsməmişdilər. Qızlar hamama kimin birinci daxil olması üstündə mübahisəyə başlayırlar və nəhayət belə qərara gəlirlər ki, üçü də birlikdə çimsin. Malaxovanın hamamı çox böyükdür. Qızlar suyu açıb, televizora baxmağa gedirlər. Başları qarışır, o vaxt ayılırlar ki, su qonaq otağına qədər axıb. Necə deyərlər, çimmək günü böyük yır-yığışa səbəb oldu.

Xəbər lenti

Xəbər lenti