...

Magistratura pilləsində 1169 yer boş qalıb

Cəmiyyət Materials 2 İyul 2007 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 iyul/müx. "TrendLife" Fərid Sadıxov / Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin magistratura pilləsinə keçirilən qəbul imtahanının nəticələrini açıqlayıb.

İmtahanda 12140 bakalavr iştirak edib ki, onlardan da 2 nəfər prosesdən xaric olunub. İmtahanın nəticəsinə əsasən, 3351 bakalavr magistratura pilləsinə daxil olub. Onlardan 2201-i ali məktəbi bu il bitirən məzunlardır. Qəbul olanların 658 nəfəri ali məktəblərin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirib. Ümumilikdə qəbul olanların 1765-i oğlanlar, 1586-sı qızlardır.

Magistraturaya daxil olanlar iyulun 4-dən 16-dək ail məktəblərdə qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, bu il ali məktəblərin magistratura pilləsinin qəbul planında 4520 yer ayrılmışdı. Beləliklə, qəbul planında nəzərdə tutulan 1169 yer boş qalıb.

Xəbər lenti

Xəbər lenti