...

"İnsan Hüquqları üzrə Avropa Konvensiyasının Azərbaycan hüquq sisteminin inkişafına təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib

Cəmiyyət Materials 9 İyul 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Bazar ertəsi Bakıda "İnsan Hüquqları üzrə Avropa Konvensiyasının Azərbaycan hüquq sisteminin inkişafına təsiri" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə hakimlər, dövlət ittihamçıları, vəkillər, hakimliyə namizədlər, Ədliyyə Nazirliyinin, Məhkəmə-Hüquq Şurasının üzvləri iştirak edib.

Ədliyyə naziri Fikrət Məmməov milli qanunvericiliyin və hüquq sisteminin büynəlxalq standartlara uyğunlaşdırılmasında Avropa Konvensiyasının əhəmiyyətini vurğulayıb. Məhkəmə-hüquq sahəsində son illər həyata keçirilən islahatlar barədə məlumat verən nazir qeyd edib ki, 2000-ci illə müqayisədə hakimlərin əmək haqları 25 dəfə artırılıb, yeni 3 pilləli məhkəmə sistemi yaradılıb.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Tomas Herrman Azərbaycanda bu sahədə aparılan islahatları yüksək qiymətləndirib.

Tədbirdə Avropa Məhkəməsinin hakimləri Boştian Zhupançiç, Xanlar Hacıyev, Milli Məclisin deputatı Əli Hüseynov, Ədliyyə Nazirliyinin idarə rəisi Azər Cəfərov və başqaları Avropa Məhkəməsinin qərarlarının şərhi, demokratik dəyərlərin qorunmasında hakimlərin rolu, Avropa Konvensiyasının Azərbaycan qanunvericiliyində implementasiyası, Avropa presedent hüququnun yerli məhkəmələr tərəfindən tətbiqi məsələləri və digər mövzularda məruzələrlə çıxış edib, müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti