Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ Azərbaycan və Rusiya telekanallarının qarşılıqlı yayımı üzrə yaradılan İşçi qrupların ikinci görüşü iyulun sonunda Bakıda keçiriləcək. Bu barədə bazar ertəsi Milli Televiziya və Radio Şurasının üzvü Qafar Cəbiyev məlumat verib. Onun sözlərinə görə, İşçi qruplarının növbəti görüşünə dair ilkin razılıq əldə olunub. Görüşdə iyunun 8-də Moskvada keçirilən İşçi qruplarının toplantısında həllini tapılmayan məsələlıər müzakirə olunacaq.
Moskva görüşündə hər iki tərəfin təklifləri müzakirə olunsa da, sazişin imzalanması üçün konkret razılıq əldə olunmamışdı. Azərbaycan tərəfi AzTV-nin Rusiya ərazisində yayımlanmasını təklif edib. Əgər telekanalların qarşılıqlı yayımı təmin olunmasa, avqustun 11-də Rusiyanın "RTR-Planeta" kanalının Azərbaycanın milli tezliyində yayımı dayandırılacaq. MTRŞ-ın iyulun 11-də çıxardığı digər qərara əsasən isə, Rusiyanın ORT telekanalının Azərbaycanın milli tezliklərində yayımı artıq dayandırılıb.