...

Azərbaycan voleybolçularının Qran-Pri turnirindəki rəqibləri müəyyənləşib

Cəmiyyət Materials 19 İyul 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın voleybol yığmasının sentyabrın əvvəllərində Ankarada keçiriləcək Avropa Qran-Pri turnirinin qrupdakı rəqibləri müəyyənləşib.

Birinci mərhələ çərçivəsində Faiq Qarayevin yetirmələri meydan sahibləri, habelə İtaliya və Serbiya kollektivləri ilə görüşəcək. Yarışın finalına düşmək üçün komandamız qrupda birinci yeri tutmalıdır. İkinci və üçüncü yerləri tutsa, yığmamız Dünya Qran-Pri turnirindəki vəsiqə uğründa pley-off matçlarında mübarizə aparmaq imkanı qazanacaq.

Ümumilikdə Ankarada dörd vəsiqə oynanılacaq. Bu vəsiqələrə həmçinin "A" qrupunda mübarizə aparacaq Rusiya, Bolqarıstan, Almaniya və Polşa komandaları iddialıdır.

Xəbər lenti

Xəbər lenti