Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın qadınlardan ibarət voleybol yığması seyntyabrın əvvəlində Ankarada keçiriləcək Avropa Qran-Pri turnirində yaxşı qazanc əldə edə bilər.
Yarışın reqlamentinə əsasən, turnirin qalibi 20 min avro, finalçı isə 12 min avro qazanacaq. Üçüncü yeri tutacaq komanda 8 min avro, dördüncü yer sahibi isə 5 min avro irəli düşəcək. Üstəlik bütün dörd yığma Dünya Qran-Pri turnirində iştirak etmək hüququ qazanacaq.
Faiq Qarayevin yetirmələri "B" qrupunda Türkiyə, Serbiya və İtaliya ilə mübarizə aparacaqlar. "A" qrupunda isə Rusiya, Polşa, Almaniya və Bolqarıstan komandaları yarışacaq.