Azərbaycan, Lənkəran / Trend müxbir P.Əliyeva/ Lənkəran rayon polis şöbəsinin əməkdaşları şəhər ərazisində dilənçiliklə məşğul olan 59 nəfər Yevlax şəhər sakinini saxlayıb.
Onlardan 29-u yetkinlik yaşına çatmayanlardır. Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə idarəsinin baş inspektoru Rizvan Əliyevin verdiyi məlumata görə, həmin şəxslərlə bağlı dəfələrlə tədbir görülsə də, yenidən Lənkərana qayıdıblar.
Faktla əlagədar İnzibati Məcələnin 307.1-ci maddəsinə uyğun olaraq (inzibati qaydada cərimə, həbs və xəbərdarlıq) tədbirlər görülur.