...

"Misir şahzadəsi"nin dublyajı yekunlaşır

Cəmiyyət Materials 25 İyul 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyul /müx.TrendLife Günel Əhmədova/"Halal" studiyasında dublyaj olunan "Misir şahzadəsi" adlı animasiya filmi üzərində iş yekunlaşır. "Drem works" studiyasının istehsalı olan bu animasiya filmindəki personajları tanınmışlar Səyavuş Aslan, Rasim Balayev, Roza Tağıyeva, Elşən Rüstəmov, Səidə Quliyeva və başqaları səsləndiriblər. Bu barədə TrendLife-a studiyanın rəhbəri Eldar Aslan məlumat verib.

Qeyd edək ki, "Misir şahzadəsi" animasiya filmi Musa peyğəmbərin həyatı haqqındadır. Hollivudda istehsal olunan ekran işi keyfiyyətinə görə "Oskar"a layiq görülüb. Hazırda cizgi filminin hansı telekanalda nümayiş ediləcəyi müzakirə olunur. E.Aslan təxminən bir aydan sonra sözügedən ekran işinin animasiya həvəskarlarına təqdim olunacağını qeyd etdi.

Onu da diqqətinizə çatdıraq ki, "Halal" studiyası əslən Güney Azərbaycandan olan Sami Yusifin növbəti Bakı səfəri istiqamətində hazırlıq işlərini davam etdirir. Payız aylarına nəzərdə tutulan səfər zamanı S.Yusifin hansı konsert məkanında çıxış edəcəyi hələ dəqiqləşdirilməyib. E.Aslan bildirdi ki, yaxın iki həfətə ərzində bu barədə mətubata açıqlama veriləcək.

Xəbər lenti

Xəbər lenti