...

Azərbaycanın ali məktəblərinə II ixtisas qrupu üzrə 17971 abituriyent imtahan verəcək

Cəmiyyət Materials 26 İyul 2007 12:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası (TQDK) iyulun 27-də 2007/2008-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə II ixtisas qrupu (iqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya ixtisasları) abituriyentlərinin qəbul  imtahanını keçirəcək. II qrupa daxil olan 49  ixtisas üzrə 19 dövlət və 13 özəl ali məktəblərdə mütəxəssis hazırlığı aparılır. Bu barədə cümə axşamı TQDK-dan məlumat verilib.

II qrup üzrə bu il 17971 abituriyent sənəd təqdim edib. Onlardan 12779 nəfəri oğlan, 5192 nəfəri qız abituriyentlərdir. Bakı şəhərində 14245, Naxçıvanda 766, Sumqayıtda isə 2960 abituriyent imtahan verəcək.

İmtahanın keçirilməsi üçün Bakıda 22, Naxçıvanda 2, Sumqayıtda 5 bina ayrılıb. İmtahanda Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 1124 nəzarətçi-müəllim iştirak edəcək. Prosesə 108  imtahan rəhbəri cəlb olunub.  

II qrup üzrə qəbul planı və ərizələrin sayına dair cədvəl

İxtisasqrupları Qəbul planı               Ərizələrin sayı
Azərb.bölməsi Rusbölməsi Birgə müsabiqəaparılanixtisaslar Cəmi Azərb.bölməsi Rus bölməsi Cəmi
 II qrup 5258 1188 824 7270 15746 2225 17971

II qrup üzrə sənəd verən abituriyentlərin təqribən 54 %-i şəhərlərdə yaşayır. 

II ixtisas qrupu üzrə abituriyentlərin 12160  nəfəri orta məktəbi bu il bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 67 abituriyent  xarici ölkələrin vətəndaşıdır. 99 abituriyent ali təhsillidir və ikinci ali təhsil almaq arzusundadır. Bu qrup üzrə 455 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır. II ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1959 -cu, ən gənc isə 1992-ci ildəndir.

2006-cı ildə II ixtisas qrupu üzrə 388 abituriyent 600-dən yuxarı bal toplamış, ən yüksək göstərici 697.500 bal olmuşdu. 26 nəfər Azərbaycan Prezidentinin təqaüdünə layiq görülmüşdü. 

Statistik araşdırmaya əsasən, bu il təhsillərini II qrup üzrə davam etdirmək arzusunda olanların sayı ötən illərlə müqayisədə daha çoxdur. Aşağıdakı cədvəldə son göstərici verilib.

İxtisasqrupları Qəbul planı               Ərizələrin sayı
Azərb.bölməsi Rusbölməsi Birgə müsabiqəaparılanixtisaslar Cəmi Azərb.bölməsi Rus bölməsi Cəmi
 II qrup 5258 1188 824 7270 15746 2225 17971
Tədris ili Plan yerlərinin        sayı   Ərizələrin        sayı
2007/2008        7270       17971
2006/2007        5571      17723
2005/2006        6580      18332

Təhlillər göstərir ki, II qrup (iqtisadiyyat və idarəetmə ixtisasları) oğlan abituriyentlərin I qrupdan  (texniki ixtisaslar) sonra daha çox üstünlük verdikləri ikinci sahədir.

II ixtisas qrupu üzrə nəzərdə tutulan 7270  plan yerindən ən çoxu ümumi iqtisadiyyat  (1107  yer), mühəndis iqtisadiyyatı və idarəetmə  (488 yer), biznesin təşkili və idarə edilməsi (447 yer) ixtisaslarına ayrılıb.

Xəbər lenti

Xəbər lenti