...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havanın isti keçəcəyi ilə bağlı dövlət qurumlarına xəbərdarlıq göndərib

Cəmiyyət Materials 1 Avqust 2007 12:37 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda havanın isti keçəcəyi ilə bağlı dövlət qurumlarına xəbərdarlıq göndərib

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda avqust ayında havanın temperaturunun yüksək keçəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkənin müvafiq dövlət qurumlarına xəbərdarlıq göndərib. Bu barədə çərşənbə günü nazirliyin Milli Hidrometeorologiya Departamentinin hidrometeoroloji proqnozlar bürosunun direktoru İmran Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün və sabah Azərbaycanın bəzi ərazilərində havanın maksimal temperaturu 41 dərəcə olacaq. Bakı və Abşeron yarımadasında gündüz 39-40, bəzi yerlərində 41, Mərkəzi Aran rayonlarında və Naxçıvan Muxtar Respublikasında 39-42, dağlıq ərazilərdə isə 35 dərəcə isti olacaq. Məmmədov bildirib ki, avqustun 3-4-də qısa müddətdə Azərbaycan ərazisində havanın temperaturu qismən aşağı düşəcək və qeyri-sabit hava şəraiti hökm sürəcək. Lakin avqustun 5-dən yenə havanın temperaturu yüksələcək.

Xəbər lenti

Xəbər lenti