...

Türkiyədə keçirilən folklor festivalına "İstedad" rəqs ansamblı da yollandı

Cəmiyyət Materials 1 Avqust 2007 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 avqust /müx. "TrendLife" Eldar Hüseynzadə/ Bu gün Türkiyənin Bayburd şəhərində "Dədə Qorqud" 13-ci folklor festivalı açılacaq. Bu haqda "TrendLife"a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib. Həmin festivalda Azərbaycan da iştirak edəcək. Bizim nümayəndələrə Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin rəhbəri Əliqismət Lalayev rəhbərlik edir. "Dədə Qorqud" festivalında Azərbaycanı "İstedad" rəqs ansamblı təmsil edəcək. Festival avqustun 5-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti