Azərbaycan, Bakı, 6 avqust /müx. "TrendLife" Vüqar Vüqarlı/ Deyəsən qadınlardan ibarət olan "Kristall" qrupunun rəqibi peyda olub. Prodüsser Zaur Kamal "De hə" adlı yeni qrup yaradıb. Qrup dörd nəfərdən - İlahə, Ülviyyə, Kamilla və Anastasiyadan ibarətdir. Onlara böyük məmnuniyyətlə baxmaq olar. Bircə ümid etmək qalır ki, onları böyük məmnuniyyətlə də dinləyəcəyik.