...

Sabiq iqtisadi inkişaf nazirinin məhkəməsi davam etdirilib

Cəmiyyət Materials 9 Avqust 2007 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi davam etdirilib.

Proses başlayan kimi F.Əliyevin vəkili İsaxan Aşurov çoxhissəli vəsatətlə çıxış edib. Vəsatətdə məhkəmə prosesində dindiriləcək şahidlərin siyahısının dindirilmədən 2 gün əvvəl vəkillərə verilməsi, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsinin tam və keyfiyyətli olması üçün vəkillərin təqsirləndirilənlərlə görüşməsi üçün həftədə 2 gün ayrılması, cinayət işindəki zəruri hesab olunan materialların surətlərinin vəkillərə verilməsi, məhkəmə prosesinin videoçəkilişlərinin surətlərinin vəkillərə təqdim edilməsi, F.Əliyevin vəkillərlə birlikdə əyləşməsi və onun əcnəbi həkimi Dunkon Daymont tərəfindən müayyinəsinə icazə verilməsi məhkəmədən xahiş olunub. Hakim bildirib ki, gün ərzində vəsatətlərə baxılacaq.

Sonra "Prestij" mağazasının işçiləri şahid qismində dindirilib. Şahidlər mağazalarda vergi məbləğlərinin azaldılması və mağazaların ikili mühasibat sənədləri ilə fəaliyyət göstərdiyini öz ifadələrində təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti