...

Taekvondoçu Elvin Məmmədov Universiadada çıxışına qələbə ilə başlayıb

Cəmiyyət Materials 10 Avqust 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı taekvondoçu Elvin Məmmədov ( 72 kq) Banqkokda keçirilən Ümumdünya Universiadasındakı çıxışına qələbə ilə başlayıb.

Trend in xəbərinə əsasən 1/16 finalda idmançımız rusiyalı Vasili Nikitinə heç bir şans verməyib. Döyüş kifayət qədər gərgin keçib, idmançılar bir-birinə dəqiq zərbələr endiriblər. Lakin bu məsələdə uğur Elvinin tərəfində olub. O, 12:11 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Digər həmyerlimiz Ramin Əzizov isə ilkin mərhələdən mübarizəni dayandırmalı olub. O, italiyalı Passifiko Laetsiyə 0:2 hesabı ilə məğlub olub.

Xatırladaq ki, universiadanın ilk günündə 1/4 finalda Pekin mundialının bürünc mükafatçısı Təvəkkül Bayramov ( 84 kq) mübarizəni dayandırıb.

Xəbər lenti

Xəbər lenti