...

"Olimpik" FK Azərbaycan çempionatının startını buraxmalı olacaq

Cəmiyyət Materials 10 Avqust 2007 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ "Olimpik" futbol klubu avqustun 11-də start götürəcək Azərbaycan çempionatının birinci turunu buraxmalı olacaq.

Trend in xəbərinə görə, təqvimə əsasən ilk turda Əsgər Abdullayevin yetirmələri öz meydanında "MKT-Araz"ı qəbul etməli idilər. Lakin UEFA Kubokunun iştirakçısı dağıldığı üçün "Olimpik" çempionata gələn həftə səfərdə "Turan"a qarşı oyunla başlayacaq. Bu matç avqustun 19-da keçiriləcək.

Çox güman ki, "Olimpik" çempionatdakı fasilədən yoxlama görüşün keçirilməsi üçün istifadə edəcək. Məqsəd oyun xətlərində anlaşmanı yaxşılaşdırmaq və müxtəlif taktiki sxemləri yoxlamaqdır. Ötən mövsümdə "Neftçi"yə çempion olmağa imkan verməyən "Olimpik" bu mövsümdə medallar uğrunda mübarizə aparmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti