...

Şura sədri: "Samanyolu" televizyasının tezliyi üzrə elan olunmuş müsabiqənin vaxtını uzatmağa ehtiyac olmayacaq"

Cəmiyyət Materials 10 Avqust 2007 17:48 (UTC +04:00)
Şura sədri: "Samanyolu" televizyasının tezliyi üzrə elan olunmuş müsabiqənin vaxtını uzatmağa ehtiyac olmayacaq"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Samanyolu" televizyasının tezliyi üzrə elan olunan müsabiqə avqustun 17-də başa çatacaq. Bu barədə cümə günü Bakıda Milli Televizya və Radio Şurasının (MTRŞ) sədri Nüşrəvan Məhərrəmli məlumat verib.

Onun sözlərinə görə, indiyə qədər müsabiqədə iştirak etmək üçün iki nəfər MTRŞ-ya müraciət edib. Hazırda həmin iddiaçılar sənədlərini hazırlayırlar.

"Müsabiqə başa çatandan sonra, bir ay müddətində MTRŞ sənədləri öyrənib konkret qərar verəcək", - deyə Məhərrəmli əlavə edib.

Şura sədri qeyd edib ki, artıq iki iddaçı olduğuna görə, "Samanyolu" televizyasının tezliyi üzrə elan olunmuş müsabiqənin vaxtını uzatmağa ehtiyac olmayacaq.

"Samanyolu" televiziyası Azərbaycanda 1990-cı ilin əvvəllərindən yayımlanır. Bir müddət əvvəl MTRŞ adıçəkilən televiziyanın Azərbaycan ərazisində yayımının dayandırılması haqda qərar qəbul edib. Bu televizyanın yayımlandığı tezliyin tutulması üzrə elan olunan müsabiqə başa çatana qədər "Samanyolu"nun yayımına icazə verilib.

Xəbər lenti

Xəbər lenti