...

Bibiheybət mədənindəki partlayışla bağlı cinayət işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 16 Avqust 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3-cü mədənində baş vermiş partlayışla bağlı cinayət işi üzrə cümə axşamı Səbail rayon məhkəməsində hazırlıq iclası keçirilib. Məhkəmədən Trend ə bildirilib ki, hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə baxışının avqustun 23-də keçirilməsi qərara alınıb.

Bibiheybət Neft-Qazçıxarma İdarəsinin 3-cü mədənində baş vermiş partlayışa görə Geofizika İdarəsinin əməkdaşları Aydın Babayev və Vahid Əhmədov təqsirli bilinir. Onlara Cinayət Məcəlləsinin 162.2-ci (ehtiyatsızlıqdan insan ölümünə səbəb olan əmək mühafizəsi qaydalarını pozma) maddəsilə ittiham elan olunub. Partlayış nəticəsində Mədən-Geodeziya Fizika İdarəsinin mühəndisləri Mirkazım Əsgərov və Elman Həsənov həlak olub, traktorçu Sülhəddin Əkbərov və operator Kərim Süleymanov isə xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti