...

"Nə? Harda? Nə vaxt?" oyunu üçün daha bir komanda seçildi

Cəmiyyət Materials 20 Avqust 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust / "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Sentyabr ayında "Nə? Harda? Nə vaxt?" oyununun payız mövsümünə start veriləcək. Gametv.az prodüser mərkəzinin rəhbəri Balaş Qasımovun "TrendLife"a verdiyi məlumata görə, çəkilişlər sentyabr ayının ortalarında olacaq. Veriliş isə ayın sonunda efirə çıxacaq. Yeni mövsümdə bizi İsmayil Səfərəliyevin yeni komandası ilə görüş gözləyir. Oyunda həmçinin əvvəllər Anar Nəcəflinin komandasında oynamış Orxan Mustafayev və Günel Babayeva iştirak edəcək. Günel Babayeva əvvəllər məktəblilərin komandasında oynayıb. İndi o da artıq tələbədir. Qalan oyunçular isə anketlərə əsasən seçiliblər. Həmçinin payız mövsümündə Anar Nəcəflinin və Teymur Hacıyevin komandası iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti