...

Azərbaycanın cüdo üzrə yığması dünya çempionatı üçün heyətini müəyyənləşdirir

Cəmiyyət Materials 20 Avqust 2007 16:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi komandanın Braziliyada keçiriləcək dünya çempionatı öncəsi Braunşveyqedəki (Almaniya) təlim-məşqindən razı qalıb.

Baş məşqçi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, idmançıdar məşqlərdə xarici həmkarları ilə gün ərzində 24 döyüş keçiriblər və hazırda yaxşı formadadırlar.

"Uşaqlar yaxşı yüklənmişdilər, ona görədə də, yığmanın növbəti dəfə Zaqulba qəsəbəsində toplanışı ötəri xarakter daşıyacaq. Burada əsas diqqət fiziki hazırlığa yönəldiləcək" - deyə Axundzade bildirib.

Həmçinin o, mundialda iştirak edəcək yığmanın özəyinin artıq təyin olunduğunu, yalnız müxtəlif çəki dərəcələrində bəzi məsələlərin dəqiqləşdirliməsinin qaldığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti