...

Azərbaycanın müxalif yönlü KİV-ləri bir neçə dövlət oraqnını məhkəməyə verib

Cəmiyyət Materials 21 Avqust 2007 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın müxalif yönlü KİV-lərinin bir neçə dövlət orqanına qarşı iddiası üzrə qərardan apellyasiya şikayəti yenidən veriləcək. Bu barədə çərşənbə axşamı Trend ə məlumat verən hüquqşünas İntiqam Əliyev bildirib ki, Bakı şəhər Apellyasiya Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə "Azadlıq" qəzetinin və "Turan" İnformasiya Agentliyinin Ədliyyə Nazirliyinin Məhkəmə Nəzarətçiləri və İcraçıları Baş İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddiasını icraata götürməkdən imtina edən Səbail rayon məhkəməsinin qərardadından verilən apellyasiya şikayətinə baxılıb. Hakim işdə iddiaçıların nümayəndəsinin adına vəkalətnamənin olmaması səbəbindən şikayəti yenidən Səbail rayon məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib. Təcrübədə ilk dəfə bu halla qarşılaşdığıını deyən Əliyevin sözlərinə görə, Səbail rayon məhkəməsi işə vəkalətnaməni əlavə etməlidir: "Bundan sonra iddiaçı yenidən apellyasiya şikayəti hazırlamalı və məhkəməyə təqdim etməlidir". Əliyev məhkəmənin bu qanunsuz hərəkətini işin araşdırılmasını yubatmaq məqsədilə edildiyini deyib.

"Azadlıq" qəzeti və "Turan" İnformasiya Agentliyi ötən il noyabrın 24-də yerləşdikləri Xaqani 33 ünvanından məhkəmənin qərarı ilə çıxarılıb. KİV rəhbərləri bina boşaldılarkən onlara məxsus əmlaka ziyan dəydiyini, avadanlıqların bəzilərinin yararsız vəziyyətə düşdüyünü iddia edir. Redaksiyalara vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı "Azadlıq" qəzeti və "Turan" İnformasiya Agentliyinin Ədliyyə Nazirliyinin Məhkəmə Nəzarətçiləri və İcraçıları Baş İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə, Səbail rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı mülki iddiasını Səbayel rayon məhkəməsi icraata qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti