Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov / Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyer avqustun 23-də Bakıya gələcək.
Milli Federasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin bildirdiyinə görə, yüksək ranqlı qonağın səfəri ötən həftənin sonunda gözlənilirdi, lakin obyektiv səbəblərə görə bu, baş tutmayıb. "Meyer ilkin olaraq Bakıya Heydər Əliyev Kubokunun açılışı öncəsi gəlməyi planlaşdırırdı. Lakin məşğul olduğu üçün səfəri saxlammalı oldu. Ancaq istənilən halda Meyer yarışın yekun matçlarını canlı izləyəcək" - deyə o vurğulayıb.
İstisna deyil ki, Bakıya səfəri zamanı Meyer azərbaycanlı həmkarları ilə forvard Natalya Məmmədovanın Azərbaycan yığması və "AzərReyl"də çıxış etməkdən imtinasını müzakirə edəcək.