...

Azərbaycan yığmasının voleybolçusu: "Gəncləri cəlb etməyə çalışırıq"

Cəmiyyət Materials 25 Avqust 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ "Yığma indi çətin anlar yaşayır, nəticələrə görə bütün məsuliyyət bizim, yəni daha təcrübəli oyunçuların üzərinə düşür" - deyə Trend ə Azərbaycanın voleybol üzrə yığmasının oyunçusu Lidiya Maksimenko meydan sahiblərinin bu günlərdə Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən Heydər Əliyev Kubokunda çıxışı barədə fikir bildirərəkən qeyd edib.

O qeyd edib ki, yığmada kadr dəyişikliyi baş verib, tərkibə Darya Zamanova və Polina Rəhimova daxil olub ki, onlar oyunu gücləndirməyə qadirdirlər. "Gəncləri cəlb etməyə, onları meydançada öyrətməyə çalışırıq. Buna görə də hər görüş gərgin şəraitdə keçir. Bizi hələ qarşıda Avropa qran-prisi və Avropa çempinatında çıxış gözləyir, biz bu çıxışlara vaxtı nəzərə almaqla hazırlaşmalıyıq. Buna görə də bacardığımız qədər tez forma yığmağa çalışırıq" - deyə Maksimenko bildirib.

Xəbər lenti

Xəbər lenti