Azərbaycan, Bakı, 25 avqust/ "TrendLife" , müxbir Eldar Hüseynzadə/ Tanınmış bəstəkar Sərdar Fərəcov artıq bir neçə ildir ki, şeir yazır. Onun "TrendLife"a verdiyi məlumata görə, toplu çap etdirmək istəyir: "Hələ musiqi yazana qədər mən şeir yazırdım. Bu haqda çox insan bilmir. Poeziya mənə musiqi ilə məşğul olmağa kömək edir. Bəzən tamaşalara təcili mahnı tələb olunur, məhz onda öz şeirlərimdən istifadə edirəm. 35 ildə yazdığım şeirlərdən ibarət kitab çap etdirmək istəyirəm".