...

AIBA prezidenti Bakıya avqustun 28-də gələcək

Cəmiyyət Materials 28 Avqust 2007 11:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Ümumdünya Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Kuo-Vu avqustun 28-də Bakıya gələcək. Həmin vaxt burada gənclər arasında dünya birinciliyi start götürəcək.

Tayvan təmsilçiləri ilə birlikdə Bakıya həmçinin qurumun vitse-prezidenti Qafur Rəhimov, habelə AİBA-nın rəhbər heyətinin digər nümayəndələri səfər edəcək. Gözlənilir ki, doktor Vu burada azərbaycanlı həmkarları, habelə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin rəhbərliyi ilə görüşəcək.

AIBA prezidenti həmçinin oktyabrda Çikaqodakı mundial öncəsi keçiriləcək növbədənkənar konqresdə iştirak edəcək. Burada hakimlik və digər aspektlərlə bağlı aktual məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti