...

Şahmat üzrə dünya və Avropa çempionu Bakı turnirində iştirak edəck

Cəmiyyət Materials 31 Avqust 2007 11:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Dünya qadın şahmatının ulduzları sentyabrın 3-də Bakıda start götürəcək beynəlxalq turnirdə çıxış edəcək.

Trend in verdiyi məlumata görə, yarışda Ukraynadan olan Avropa çempionu Yekaterina Laqno, bolqariyalı dünya çempionu Antuanetta Stefanova, həmçinin isveçli Pia Kramlinq, polşalı Monika Soçka, litvalı Viktoriya Çimilit, Fransa təmsilçisi Sofi Milye, o cümlədən ev sahibi qismində İlahə Qədimova, Firuzə Vəlixanlı və Nərgiz Umudova iştirak edəcəklər.

İki il əvvəl Nonna Qaprindaşvili və digər şahmatçıların iştirak etdiyi Şəkidəki nüfuzlu turnirdə qalib olan gürcütanlı Lela Cavalaşvili də rəqiblərlə rəqabət aparacaq.

Əslində, yüksək səviyyədə keçirilən, qonaqlar və mütəxəsisilərin əla qiymətini alan Şəkidəki start, xüsusilə Bakı yarışı üçün örnək olub. Turnir iştirakçılarına nəzər yetirsək görərik ki, bu ilki heyət daha güclüdür.

Xəbər lenti

Xəbər lenti