...

Bakıda 16 mərtəbəli binanı çökməsi ilə əlaqədar Rusiyanın fövqəladə hallar nazirliyinin rəsmisi hadisə yerinə gəlib

Cəmiyyət Materials 31 Avqust 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Bakıda 16 mərtəbəli binanın çökməsi ilə əlaqədar hadisənin baş verdiyi ilk gündən Rusiyanın fövqəladə hallar nazirliyinin mülki müdafiə qoşunlarının baş qərargah rəisi Yuriy Braznikov Azərbaycandadır. Bu barədə cümə günü jurnalistlərə Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə açıqlama verib.

Onun sözlərinə görə, Braznikov dağıntılar altında qalan insanların yerinin müəyyənləşdirilməsi üçün aparılan işlərdə köməklik göstərir: "Dağıntını aradan qaldırmaq üçün başqa ölkələrdən əlavə qüvvə çağırmağa ehtiyac yoxdur. Dünyada xilasetmə işlərinin aparılması üçün ən yaxşı mütəxəssislər Rusiyadadır və onlar da dəvət olunublar. Azərbaycanın özünün isə kifayət qədər texnikası və canlı qüvvəsi var" - deyə nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti