...

Azərbaycan hokkeyçiləri "Challenge" divizionunda çıxışa məğlubiyyətlə başlayıb

Cəmiyyət Materials 10 Sentyabr 2007 11:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanın kişilərdən ibarət yığması Kazanda keçirilən Avropa çempionatında "Challenge" divizionunda çıxışa məğlubiyyətlə başlayıb.

Trend in verdiyi məlumata görə, start görüşündə yığma meydan sahiblərinə 0:6 hesabı ilə məğlub olub. Birinci hissədə rusiyalı hokkeyçilər iki xalla üstünlük əldə ediblər, fasilədən sonra isə rəqibin qapısına daha dörd dəfə yol tapa biliblər. Lakin startdakı məğlubiyyətə baxmayaraq, yığma iki komandanın yer alacağı daha nüfuzlu diviziona düşmək şansını itirməyib. Bunun üçün Azərbaycan kollektivindən İsveç, Xorvatiya, Belarus və Danimarka yığmalarına qarşı oyunda uğurla çıxış etmək tələb olunur. Maraqlıdır ki, ilkin olaraq yığmalar iki qrupa bölünüb, lakin Yunanıstanın Kazana səfər etməkdən itmina etməsindən sonra təşkilatçılar dairəvi turnir keçirməyi qərara alıblar.

Xəbər lenti

Xəbər lenti