...

"Qəbələ" futbol klubunun əməkdaşı yol qəzasında ölüb

İdman Materials 29 Dekabr 2011 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Azərbaycanın "Qəbələ" futbol klubuna ağır itki üz verib. Bu gün səhər saatlarında klubun əməkdaşı Elnur Müdaxirov və atası İttifaq Müdaxirov avtomobil qəzasında dünyalarını dəyişiblər. Trend-in məlumatına görə, bu barədə cümə axşamı klubun saytında yerləşdirilən məlumatda deyilir.

2010-cu ildən klubda fəaliyyət göstərən Elnur gələcək vəd edən təbii ot örtüyü mütəxəssislərindən hesab olunurdu.

Xəbər lenti

Xəbər lenti